24 
İyl
2021
16:16
53
436
5228
Virtual karabakh

Azərbaycanın Olimpiada ilə erkən vidalaşan idmançılarının sayı yeddiyə çatdı - YENİLƏNİB

Məhəmməd Abdullayev (+91 kq) Denis Lətifova (Bəhreyn) 3:1 hesabı ilə qalib gəlib. Beləliklə, ən ağır çəkili boksçumuz ilk döyüşündən qalib ayrılan yeganə idmançımız olub. Onun 1/8 finaldakı rəqibi Bahadur Cəlalov olacaq. Bu döyüş iyulun 29-da Bakı vaxtı ilə səhər saatlarına keçiriləcək. 

15:34

Azərbaycanın daha bir boksçusu Olimpiada ilə vidalaşıb.

Oxu.Az xəbər verir ki, I Avropa Oyunlarının qalibi Lorenso Sotomayor gözlənilmədən Olimpiadadan erkən ayrılıb.

Kuba əsilli boksçu Gürcüstanı təmsil edən Əsgərxan Madiyevə üçüncü raundda uduzub. Daha doğrusu, qaşından qan açılması sayəsində onun yarışmasına icazə verilməyib.

Qeyd edək ki, Lorenso Sotomayor Olimpiada ilə erkən vidalaşan yeddinci idmançımız olub. Daha əvvəl boksçularımızdan Tayfur Əliyev, cüdoçularımızdan Kəramət Hüseynov, Aişə Qurbanlı, üzgüçülərimizdən Maksim Şemberev, Məryəm Şeyxəlizadəxangah və velosipedçimiz Elçin Əsədov Olimpiada ilə vidalaşıb.

14:40

Bu gün Tokio-2020 Yay Olimpiya Oyunlarında boks yarışlarına start verilib. 

Oxu.Az xəbər verir ki, artıq bir boksçumuz mübarizə aparıb.

Olimpiadaya Azərbaycandan ilk lisenziya qazanmış Tayfur Əliyev (-57 kq) gözlənilmədən mübarizəni erkən başa vurub. O, 1/16 finalda Nquyen van Duonqa (Vyetnam) 2:3 hesabı ilə uduzub.

Bu gün daha iki boksçumuz mübarizəyə qoşulacaq. Bakı vaxtı ilə saat 14:54-də Lorenso Sotomayor (-69 kq) Əsgərxan Madiyevlə (Gürcüstan), 15:27-də isə Məhəmməd Abdullayev (+91 kq) Denis Lətifovla (Bəhreyn) ilk görüşünə çıxacaq.

Qeyd edək ki, yığmamız Olimpiadaya beş boksçu ilə qatılıb. Bu növ üzrə yarışlar avqustun 8-də bitəcək.

Xatırladaq ki, daha əvvəl iki cüdoçumuz və bir velosipedçimiz Tokio Olimpiadası ilə erkən vidalaşıb.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri