24 
İyl
2021
17:04
457
21
4663
Virtual karabakh

Olimpiadada ilk döyüşündə qalib gəlmiş boksçumuz: “Tokiodan medalsız qayıtmayacağam”

24 İyl, 2021
17:04
4663

Olimpiadada ilk döyüşündə qalib gəlmiş boksçumuz: “Tokiodan medalsız qayıtmayacağam”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“İlk döyüş həmişə ağır olur. Ona görə də üçüncü raundda yorğunluq var idi. Şükür Allaha, qalib gəldim”.

Oxu.Az-ın xəbərinə görə, bunu az öncə Tokio Olimpiadasındakı ilk döyüşündə qalib gələrək 1/8 finala vəsiqə qazanan boksçu Məhəmməd Abdullayev deyib.

O, beş gün sonra özbəkistanlı dünya və üçqat Asiya çempionu Bahadur Cəlalovla belə erkən görüşmək istəmədiyini bildirib:

“İstərdim ki, Tayfur Əliyevlə Lorenso Sotomayor da ilk döyüşdə qalib gəlsin. Onların ilk görüşdə uduzması pis oldu.

Bu rəqiblə əvvəl döyüşməmişdim, amma onu tanıyırdım. Ayın 29-dakı rəqibim bu çəkinin ən güclüsüdür, dünya çempionudur. Əsas rəqibim odur, onunla da ikinci görüşdə qarşılaşmalı olacağam.

Bura kimi əziyyət çəkib gəlmişəm. Burdan medalsız qayıtmayacağam”.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri