24 
İyl
2021
18:00
68
388
4234
Virtual karabakh

Azərbaycanın səkkiz idmançısı Olimpiadanın ilk günündə yarışla vidalaşdı

24 İyl, 2021
18:00
4234

Azərbaycanın səkkiz idmançısı Olimpiadanın ilk günündə yarışla vidalaşdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tokio-2020 Yay Olimpiya Oyunlarında səkkizinci idmançımız turnirlə erkən vidalaşıb.

Oxu.Az xəbər verir ki, idman gimnastımız İvan Tixonov bu gün mübarizəyə qoşulub.

25 yaşlı Rusiya əsilli idmançı fərdi çoxnövçülükdə çıxış edib. Dayaqla tullanmada (13.600), paralel qollarda (12.766), turnikdə hərəkətlərdə (13.133), sərbəst hərəkətlərdə (13.233), dəstəli at üzərində (13.366) və halqalarda (14.200) qüvvəsini sınayan Tixonov ümumilikdə 80.298 xal toplayaraq, 66 idmançı arasında 45-ci yeri tutub.

Bu nəticə İvan Tixonovun final mərhələsindən kənarda qalmasına səbəb olub.

Qeyd edək ki, daha əvvəl cüdoçularımız Kəramət Hüseynov, Aişə Qurbanlı, üzgüçülər Maksim Şemberev, Məryəm Şeyxəlizadəxangah, boksçularımız Tayfur Əliyev, Lorenso Sotomayor və velosipedçimiz Elçin Əsədov bu gün nəticə qazanmayaraq, turnirlə vidalaşıb.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri