26 
İyl
2021
10:25
100
406
7131
Virtual karabakh

Tokio-2020: Azərbaycan taekvondoda medalsız qaldı - FOTO + YENİLƏNİB

26 İyl, 2021
10:25
7131

Tokio-2020: Azərbaycan taekvondoda medalsız qaldı - FOTO + YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Milad Beiqi Hərçəqani 1/4 finalda Nikita Rafaloviçlə (Özbəkistan) qarşılaşıb.

Oxu.Az xəbər verir ki, Olimpiya mükafatçısı, ikiqat dünya və Avropa çempionumuz rəqibinə 1:12 hesabı ilə uduzaraq medalsız qalıb.

Bununla da, Azərbaycan taekvondo idman növündə medal qazana bilməyib.

Qeyd edək ki, son Olimpiadada yeganə qızıl medalı taekvondoçu Radik İsayev Azərbaycana qazandırmışdı.

07:57

Azərbaycanlı taekvondoçular Tokio Yay Olimpiya Oyunlarında mübarizəyə qoşulub.

Oxu.Az xəbər verir ki, bayraqdarlarımızdan biri olan Fəridə Əzizova (-67 kq) ilk görüşündə Peyc Makfersona 5:8 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.

Rio Olimpiadasının mükafatçısı Milad Beiqi (-80 kq) isə qələbə qazanıb. O, Liu Vey-Tinqə (Tayvan) 15:11 hesabı ilə qalib gələrək 1/4 finala vəsiqə qazanıb.

Səbuhi Musayev   

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri