26 
İyl
2021
17:40
200
34
3381
Virtual karabakh

Sabah Olimpiadada iki idmançımız mübarizəyə qoşulacaq - ADLAR

26 İyl, 2021
17:40
3381

Sabah Olimpiadada iki idmançımız mübarizəyə qoşulacaq - ADLAR

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tokio Yay Olimpiya Oyunlarında sabah daha iki idmançımız mübarizəyə qoşulacaq.

Oxu.Az-ın xəbərinə görə, bunlar cüdoçu Murad Fətiyevlə badmintonçu Eydi Reski Dvikahyodur.

İlk olaraq İndoneziya əsilli idmançımız mübarizəyə qoşulacaq. O, dünya və Asiya çempionatının bürünc mükafatçısı ilə qrupda ilk görüşünü keçirəcək.

Cüdoçumuz Murad Fətiyev isə 1/16 finalda Syerra Leonenin kişi bayraqdarı olmuş idmançı ilə güləşəcək.

Badminton

L qrupu

04:00 Eydi Reski Dvikahyo – Nin Tin Min (Vyetnam)

Cüdo

- 81 kq (1/16 final)

06:00 Murad Fətiyev – Frederik Haris (Syerra Leone)

Qeyd edək ki, indiyədək 16 idmançımız Olimpiadada çıxışını medalsız başa vurub.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri