26 
İyl
2021
18:38
32
225
3286
Virtual karabakh

Azərbaycanlı hakim-inspektora erməni ilə bir oyuna təyinat verildi

26 İyl, 2021
18:38
3286

Azərbaycanlı hakim-inspektora erməni ilə bir oyuna təyinat verildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanlı FIFA hakim-inspektoru Asim Xudiyev erməni UEFA nümayəndəsi ilə eyni matça təyinat gəlib.

Oxu.Az xəbər verir ki, o, Avropa Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək “Torpedo-BELAZ” (Belarus) – “Kopenhagen” (Danimarka) matçının hakim-inspektoru olacaq.

Rusiyanın Kazan şəhərindəki Mərkəzi stadionda keçiriləcək oyunu iyulun 29-da Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Maraqlıdır ki, qarşılaşmanın UEFA nümayəndəsi ermənistanlı Armen Minasyan olacaq.

Qeyd edək ki, komandalar arasında ilk oyun “Kopenhagen”in 4:1 hesablı qələbəsi ilə başa çatıb. Cavab matçı Avropa Birliyinin Belarusla olan ziddiyətləri səbəbindən Rusiyada keçiriləcək.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri