26 
İyl
2021
19:18
452
34
6059
Virtual karabakh

Çinli idmançı tək ayaqla Olimpiya çempionu oldu

Çinli ağırlıqqaldıran Li Fabin tək ayaqla Olimpiya çempionu olub.

Oxu.Az xəbər verir ki, 28 yaşlı dünya və üçqat Asiya çempionu yarışdığı 61 kq çəki dərəcəsində çempionluğunu qeyri-adi hərəkətlə qeyd edib.

O, 166 kq çəkini başı üzərinə qaldırarkən sağ ayağını göyə qaldırıb. Onun fanatları bu hərəkəti “flaminqo” adlandırıb.

"Mənim çox güclü korpusum və əzələlərim var. Bu hərəkətin tamaşaçıları sevindirdiyini bilirəm, amma insanlara eyni hərəkəti etmələrini təklif etmirəm. Bu zədələnməyə səbəb ola bilər”, – deyə idmançının özü bildirib.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri