27 
İyl
2021
09:53
372
95
9466
Virtual karabakh

Azərbaycan Tokio Olimpiadasında bu gün də medalsız qaldı - YENİLƏNİB + FOTO

27 İyl, 2021
09:53
9466

Azərbaycan Tokio Olimpiadasında bu gün də medalsız qaldı - YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan cüdoçusu Murad Fətiyev medalsız qalıb.

Oxu.Az xəbər verir ki, o, Səid Mollaiyə (Monqolustan) Qızıl xal hesabında uduzaraq Olimpiadaya erkən vida edib.

Bununla da Azərbaycanın bu gün də medal qazanmayacağı təsdiqini tapıb.

Qeyd edək ki, Murad Fətiyev 17-ci idmançımızdır ki, Olimpiadadan medalsız ayrılır.

08:05

Azərbaycanlı cüdoçu Murad Fətiyev (-81 kq) Tokio Yay Olimpiya Oyunlarında mübarizəyə qoşulub.

Oxu.Az xəbər verir ki, o, ilk görüşündə Syerra Leonenin bayraqdarı Frederik Harislə görüşməli olsa da, rəqibi tatamiyə çıxmayıb.

Nəticədə Murad güləşməmiş 1/8 finala vəsiqə qazanıb. Onun bu mərhələdəki rəqibi Monqolustanı təmsil edən iranlı Səid Mollai olacaq.

Səbuhi Musayev 

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri