27 
İyl
2021
16:04
151
32
7183
Virtual karabakh

Azərbaycanın ən bahalı transferi bir ay keçməmiş BƏƏ klubundan geri göndərildi

27 İyl, 2021
16:04
7183

Azərbaycanın ən bahalı transferi bir ay keçməmiş BƏƏ klubundan geri göndərildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Sabah” FK BƏƏ-nin “Əl-Əyn” FK-dan şikayət edəcək.

Oxu.Az xəbər verir ki, Bakı təmsilçisi sözügedən klubdan millimizin futbolçusu Bəhlul Mustafazadənin keçidi ilə əlaqədar transfer müqaviləsinin ləğv edilməsi ilə bağlı məktub alıb.

Futbolçunun keçidindən imtina transfer reallaşdıqdan 18 gün sonra edilib. Hansı ki, futbolçunun “Sabah”la müqaviləsi artıq qüvvədən düşmüş hesab edilirdi.

“Sabah” klubu məlumat yayaraq bildirib ki, məsələ ilə bağlı “Əl-Əyn”ə qarşı maliyyə və intizam cəzaları tələbi ilə FIFA-ya müraciət etməyə hazırlaşır. Bəhlul Mustafazadənin statusuna gəldikdə isə, futbolçu hazırda azad agentdir.

Qeyd edək ki, Bəhlul Mustafazadənin transferi Azərbaycan futbolu tarixinin ən bahalı keçidlərindən biri kimi dəyərləndirilirdi.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri