27 
İyl
2021
16:36
217
21
2638
Virtual karabakh

Tokio-2020: Azərbaycan badmintonçusu yarışa qələbə ilə başladı

27 İyl, 2021
16:36
2638

Tokio-2020: Azərbaycan badmintonçusu yarışa qələbə ilə başladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanı təmsil edən badmintonçu Eydi Reski Dvikahyo Tokio Yay Olimpiya Oyunlarına qələbə ilə başlayıb.

Oxu.Az-ın xəbərinə görə, İndoneziya əsilli idmançı L qrupunda ilk görüşünü Tin Min Ninə (Vyetnam) qarşı keçirib.

Dvikahyo 2:0 (21:14, 21:18) hesabı ilə qalib gəlib. O, sabah qrupda ikinci görüşünü keçirəcək. Rəqib dünya mükafatçısı, son Avropa çempionu Anders Antonsen (Danimarka) olacaq.

Bununla da bu gün Azərbaycan iştirakçıları Tokio Olimpiadasında çıxışını başa vurub.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri