27 
İyl
2021
17:56
274
28
4876
Virtual karabakh

Sabah Olimpiadada Azərbaycanın üç idmançısı mübarizə aparacaq - ADLAR

27 İyl, 2021
17:56
4876

Sabah Olimpiadada Azərbaycanın üç idmançısı mübarizə aparacaq - ADLAR

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sabah Tokio Olimpiadasında daha üç idmançımız mübarizə aparacaq.

Oxu.Az-ın xəbərinə görə, Bakı vaxtı ilə saat 06:00-dan etibarən cüdoda kişilərin 90 və qadınların 70 kq çəki dərəcələri üzrə görüşlər keçiriləcək.

Azərbaycan kişilərdə Məmmədəli Mehdiyevlə təmsil olunacaq. Lakin idmançımız ilk görüşdən azaddır. Məmmədəli 1/16 finalda Rafael Masedo (Braziliya) – İslam Bozbayev (Qazaxıstan) cütünün qalibi ilə qarşılaşacaq.

İndoneziya əsilli badmintonçu Eydi Reski Dvikahyo L qrupunda sonuncu – ikinci görüşünü saat 15:00-da keçirəcək. Onun qrup qalibi olması üçün son Avropa çempionu Anders Antonseni (Danimarka) məğlub etməsi lazımdır.

Həmçinin Kuba əsilli boksçumuz Alfonso Dominqes 81 kq-da mübarizəyə qoşulacaq. O, saat 15:27-də 1/8 final çərçivəsində Dilşadbəy Ruzbetovla (Özbəkistan) görüşəcək.

Qeyd edək ki, indiyədək 17 idmançımız Olimpiada ilə vidalaşıb. Hələ ki, heç bir idmançımız Azərbaycanın aktivinə medal yazdıra bilməyib.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri