28 
İyl
2021
08:26
193
171
4526
Virtual karabakh

Tokio-2020: Məmmədəli uduzdu, Azərbaycan bu gün də medalsız qaldı - YENİLƏNİB + FOTO

28 İyl, 2021
08:26
4526

Tokio-2020: Məmmədəli uduzdu, Azərbaycan bu gün də medalsız qaldı - YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Məmmədəli Mehdiyev hər zaman çətinlik çəkdiyi rəqibi ilə yenə bacarmayıb.

Oxu.Az xəbər verir ki, o, 1/8 finalda Mixail İqolnikova vaza-ari xalı ilə uduzaraq medalsız qalıb.

Bununla da, Azərbaycanın Olimpiadada bu gün də medal qazanmayacağı dəqiqləşib.

Qeyd edək ki, Məmmədəli Mehdiyev Azərbaycanın Olimpiada ilə vidalaşan 18-ci idmançısıdır.

07:19

Azərbaycan cüdoçusu Məmmədəli Mehdiyev Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

Oxu.Az xəbər verir ki, 90 kq çəki dərəcəsində çıxış edən idmançımız 1/16 final mərhələsində İslam Bozbayevlə (Qazaxıstan) üz-üzə gəlib.

O, Qızıl xal bölümündə rəqibinə vaza-ari ilə qalib gələrək 1/8 finala yüksəlib. O, bu mərhələdə ikiqat Avropa çempionu Mixail İqolnikovla (Rusiya) qarşılaşacaq.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri