28 
İyl
2021
12:00
330
49
8968
Virtual karabakh

Azərbaycan medal qazanmasa da, azərbaycanlılar qazanır - FOTO

28 İyl, 2021
12:00
8968

Azərbaycan medal qazanmasa da, azərbaycanlılar qazanır - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Tokio Olimpiadasında medal qazanmasa da, əslən azərbaycanlı olan idman gimnastları – Cesika və Cenifer Qədirova bacıları Tokio Olimpiadasında ilk medallarını əldə edib.

Oxu.Az xəbər verir ki, dünən idman gimnastikasında komanda yarışlarının final mərhələsi keçirilib.

Bu yarışda əkiz bacıların, həmçinin Ameli Morqan və Alis Kinselanın təmsil etdiyi Böyük Britaniya komandası dörd alət üzrə etdiyi hərəkətin cəminə görə bürünc medal qazanıb.

Bu, Böyük Britaniyanın idman gimnastikasında 93 illik fasilədən sonra Yay Olimpiya Oyunlarında qazandığı ilk mükafatdır. Sabah əkiz bacılar fərdi şəkildə alətlərdə çıxış edəcəklər.

Qeyd edək ki, Qədirova bacılarının hər iki valideyni azərbaycanlıdır. 2001-ci ildə Böyük Britaniyaya köçən ailə hazırda Eylzberi şəhərində yaşayır.

Onu da bildirək ki, dünən cüdoda 81 kq çəki dərəcəsində Monqolustanı təmsil edən milliyyətcə azərbaycanlı Səid Mollaei gümüş medal qazanıb.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri