28 
İyl
2021
13:24
245
14
5309
Virtual karabakh

Azərbaycanlı futbolçunun Çexiyada 40-cı saniyədə vurduğu qol - VİDEO

28 İyl, 2021
13:24
5309

Azərbaycanlı futbolçunun Çexiyada 40-cı saniyədə vurduğu qol - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanlı futbolçu Fərid Nəbiyev Çexiya I divizionunun ilk turunda qol vurub.

Oxu.Az xəbər verir ki, onun çıxış etdiyi “Viktoriya” (Jijkov) komandası Brno şəhərində “Lişen”in qonağı olub.

40-cı saniyədə Fərid müdafiəçi Mixal Jezaçın hava ötürməsindən sonra başla vurduğu qolla komandasını önə keçirib. Həmçinin Nəbiyev hesab 2:2 olduqdan sonra komandasını yenidən hesabda önə keçirə bilərmiş. Lakin top qapı tirinə tuş gəlib.

Qeyd edək ki, Nəbiyev bu matçda 82 dəqiqə meydanda olub. O, daha sonra müdafiəçi Ondrjey Jejulka ilə əvəzlənib. Məhz bundan dörd dəqiqə sonra meydan sahibləri üçüncü qolu vuraraq qələbə qazanıb.

Xatırladaq ki, Fərid Nəbiyev ötən ildən bu komandanın şərəfini qoruyur.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri