28 
İyl
2021
16:20
126
122
2509
Virtual karabakh

Azərbaycanın 19-cu idmançısı Olimpiada ilə vidalaşdı

28 İyl, 2021
16:20
2509

Azərbaycanın 19-cu idmançısı Olimpiada ilə vidalaşdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan badmintonçusu Eydi Reski Dvikahyo Tokio-2020 Yay Olimpiya Oyunları ilə vidalaşıb.

Oxu.Az xəbər verir ki, L qrupunda mübarizə aparan idmançımız III turda Danimarkanın son Avropa çempionu Anders Antonsenlə görüşüb.

Olimpiadanın favoritləri sırasında yer alan danimarkalı görüşü inamlı keçirərək iki setdə qələbə qazanıb. Dvikahyo isə qrup mərhələsini ikinci sırada başa vurub.

O, qaliblərlə birlikdə 1/8 finala yüksələn iki ən yaxşı qrup ikincisi sırasına düşə bilməyib. Bununla da idmançımızın Olimpiada debütü qrupda yekunlaşıb. O, Olimpiada ilə medalsız vidalaşan 19-cu idmançımız olub.

Qeyd edək ki, Eydi Reski Dvikahyo Olimpiya Oyunları tarixində badminton yarışlarındakı ilk Azərbaycan təmsilçisi kimi tarixə düşüb.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri