29 
İyl
2021
00:02
30
234
3978
Virtual karabakh

Samir Abbasov şikayətləndi: “Tapanca-tüfənglə tankın qarşısına çıxmaq çətindir” - VİDEO

29 İyl, 2021
00:02
3978

Samir Abbasov şikayətləndi: “Tapanca-tüfənglə tankın qarşısına çıxmaq çətindir” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Çempionlar Liqası ilə vidalaşmaq ağırdır. Azarkeşlərə təşəkkür edirəm. Belə dəstək fonunda uduzmağı istəməzdik. Yolumuza Avropa Liqasında davam edəcəyik. Orada ümidləri doğrultmağa çalışacağıq”. 

Oxu.Az-ın xəbərinə görə, bunu “Neftçi”nin baş məşqçisi Samir Abbasov deyib. 

“Ümumiyyətlə, oyunçular belə matçda böyüməlidir. Amma oyunda onu mandraj basacaqsa, o, həyatda da belə olacaq. Ömər Buludovun səhvi üzündən qol buraxdıq. Oyunu alınmadı. Zədəsinin olduğunu dedi. Ümid edirik ki, bizə yalan deməz. 

Əlimizdə olan bu heyətlə davam edəcəyik. Tapanca-tüfənglə tankın qarşısına çıxmaq çətindir. Bundan sonra necə oynayacağıq - bunu zaman göstərəcək. Hücum xəttinə pyunçu transfer etməliyik. Bu nə vaxt baş verəcək, bunu demək çətindir. 

Mərkəz müdafiəçisi Mamadu Mbocun son dəqiqələrdə irəli getməsi öz istəyi idi. Onun qol vurmaq bacarığı olduğundan, buna etiraz etmədik. 

Növbəti rəqibimiz HİK barədə hələ maraqlanmamışam. Çünki bütün diqqətim “Olimpiakos”u keçmək idi. Ona görə də HİK yox, “Ludoqorets” barədə daha çox düşünmüşdüm”, - deyə S.Abbasov bildirib. 

Qeyd edək ki, bu gün “Neftçi” Çempionlar Liqasının III təsnifat mərhələsində Yunanıstan çempionu “Olimpiakos”la qarşılaşıb. Afinada olduğu kimi, Bakıdakı matçda da “Neftçi” 0:1 hesabı ilə uduzub. 

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri