29 
İyl
2021
08:15
55
295
3239
Virtual karabakh

Tokio-2020: Yeddinci cüdoçu Azərbaycana medal qazandıra bilmədi - FOTO

29 İyl, 2021
08:15
3239

Tokio-2020: Yeddinci cüdoçu Azərbaycana medal qazandıra bilmədi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Tokio Olimpiadasında bu gün də medalsız qalıb.

Oxu.Az xəbər verir ki, osetin əsilli cüdoçumuz Zelim Kotsoyev 100 kq çəki dərəcəsində mübarizəyə qoşulub.

O, 1/16 finalda Aleksandr İddirə (Fransa) qalib gəlsə də, 1/8 finalda Misir əsilli Şadi Əl-Nahasa (Kanada) uduzaraq mübarizəni dayandırıb. Bununla da Olimpiadanın altıncı günündə də Azərbaycanın medalsız qaldığı təsdiqini tapıb.

Qeyd edək ki, indiyədək yeddi cüdoçumuz mübarizə aparsa da, heç biri medal qazana bilməyib. Sabah ən ağır çəkilərdə iki cüdoçumuz – Uşanqi Kokauri (+100 kq) və İrina Kindzerskaya (+78 kq) tatamiyə çıxacaq.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri