30 
İyl
2021
15:32
30
89
2285
Virtual karabakh

Azərbaycan Premyer Liqasına tamaşaçı buraxılacaqmı? - PFL prezidenti açıqladı - FOTO

30 İyl, 2021
15:32
2285

Azərbaycan Premyer Liqasına tamaşaçı buraxılacaqmı? - PFL prezidenti açıqladı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

AFFA Azərbaycan Premyer Liqasının oyunlarına azarkeşlərin buraxılması üçün Nazirlər Kabineti yanında Operativ Qərargaha müraciət edəcək.

Oxu.Az xəbər verir ki, bunu Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Azərbaycan Premyer Liqasında 2021/2022 mövsümünün püşkatma mərasimində deyib:

“AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov avrokubok oyunları üçün Operativ Qərargaha müraciət edib. 50 faiz tamaşaçı buraxılmasına razılıq əldə olunub. Bu məsələ bizim çempionatın startına bir həftə qalmışadək bəlli olacaq. Operativ Qərargaha müraciət edəcəyik. Yoluxma sayı artmasa, düşünürəm ki, razılıq verilər”.

Qeyd edək ki, Azərbaycan Premyer Liqası avqustun 14-də start götürəcək.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri