31 
İyl
2021
03:45
121
38
3778
Virtual karabakh

Braziliya yığması Olimpiadadan kənarda qaldı

31 İyl, 2021
03:45
3778

Braziliya yığması Olimpiadadan kənarda qaldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Olimpiadanın qadın futbolu turnirinin 1/4 final matçları keçirilib.

Kanada və Braziliya seçmələri arasında keçirilən və əsas vaxtı qolsuz heç-heçə ilə başa çatan matçda qalibi penaltilər seriyası müəyyənləşdirib. Burada 4:3 hesabıyla üstün olan şimali amerikalılar yarımfinala yüksəliblər.

Avstraliya və Britaniya yığmalarının qarşılaşmasında da əsas vaxtda qalib müəyyən olunmayıb. 2:2 hesabıyla bitən matçın əlavə vaxtında daha 3 qol vurulub. Nəticədə, avstraliyalı xanımlar oyun baxımından avropalılardan üstün olduqlarını sübut ediblər.

Niderland-ABŞ matçı da oxşar senarilə cərəyan edib. 2:2 hesablı heç-heçənin ardından əlavə vaxta ehtiyac yaranıb. Lakin burada iş penaltilərədək gedib çatıb. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən amerikalı xanımlar (4:2) yarımfinala çıxmaq hüququ qazanıblar.

Sonuncu 1/4 qarşılaşmasında isə İsveç ev sahibi Yaponiyadan 3:1 hesabıyla üstün olub.

Beləliklə də, avqustun 2-də baş tutacaq yarımfinallarda Avstraliya İsveç, Kanada isə ABŞ millisilə üz-üzə gələcək. Avqustun 5-də üçüncü yer uğrunda, 6-sı isə final qarşılaşması keçiriləcək.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri