30 
İyl
2021
19:58
134
84
5010
Virtual karabakh

UEFA “Neftçi”nin müdafiəçisinə sərt cəza verib

30 İyl, 2021
19:58
5010

UEFA “Neftçi”nin müdafiəçisinə sərt cəza verib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yunanıstanda “Olimpiakos”a qarşı Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda birbaşa qırmızı vərəqə alaraq, meydandan qovulan “Neftçi”nin futbolçusu Mert Çelikin cəzası açıqlanıb.

UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsindən “Report”a verilən məlumata görə, 21 yaşlı müdafiəçi iki oyunluq diskvalifikasiya olunub. Bu isə o deməkdir ki, Pirey təmsilçisi ilə cavab matçını buraxan gənc oyunçu Bakıda Finlandiya HİK-inə qarşı Avropa Liqasının III təsnifat mərhələsinin ilk görüşündə də meydana çıxa bilməyəcək.

Mert Çelik “Olimpiakos”la oyunun 63-cü dəqiqəsində rəqibin yarımmüdafiəçisi Oleq Ryabçukun sifətinə təpik zərbəsi endirdiyi üçün qırmızı vərəqə alıb.

Qeyd edək ki, hər iki oyunda “Olimpiakos”a 0:1 hesabı ilə uduzan “Neftçi” Çempionlar Liqasında mübarizəni dayandırıb. “Ağ-qaralar” Avropa Liqasında HİK-lə ilk oyununu avqustun 3-də Bakıda keçirəcək. Cavab matçı isə avqustun 12-də Helsinkidə olacaq.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri