30 
İyl
2021
21:45
131
14
4005
Virtual karabakh

UEFA Avropa Super Liqası ilə bağlı məhkəməni uduzub

UEFA Avropa Super Liqasının təşkili ilə bağlı məhkəmə prosesində məğub olub.

Bu barədə İspaniyanın “Real” (Madrid) və “Barselona”, eləcə də İtaliyanın “Yuventus” klublarının birgə bəyanatında bildirilib.

Sənəddə qeyd olunub ki, qitə futbol qurumu təsisçi komandalara qarşı tətbiq edilən sanksiyaları ləğv etməyə məcbur qalıb.

Belə ki, məhkəmə üç klubla bağlı intizam işinə son qoyulmasına, həmçinin digər doqquz komanda ilə bağlı tətbiq edilmiş cərimə və məhdudiyyətlərinin aradan qaldırılmasına qərar verib.

Qeyd edək ki, “Real”, “Barselona” və “Yuventus”la yanaşı, İngiltərənin “Mançester Yunayted”, “Mançester Siti”, “Liverpul”, “Arsenal”, “Çelsi” və “Tottenhem”, həmçinin İspaniyanın “Atletiko”, İtaliyanın “Milan” və “İnter” klublarıı da turnirdə iştirakını təsdiqləyib. Lakin sonradan adıçəkilən doqquz klub layihədən imtina edib.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri