31 
İyl
2021
10:55
27
379
4479
Virtual karabakh

Olimpiadada erməniyə məğlub olan boksçumuz: “Hakimlərin haqsızlığı oldu”

31 İyl, 2021
10:55
4479

Olimpiadada erməniyə məğlub olan boksçumuz: “Hakimlərin haqsızlığı oldu”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qələbə gözləyirdim. Mənə elə gəlir ki, burada hakimlərin haqsızlığı oldu”.

Oxu.Az xəbər verir ki, bunu Tokio-2020 Yay Olimpiya Oyunlarının 1/8 finalında məğlub olan Azərbaycan boksçusu Cavid Çələbiyev deyib.

Dünya çempionumuz ermənistanlı Hovanes Baçkovla döyüşünü şərh edərək, məğlubiyyətinə hakim haqsızlığının səbəb olduğunu bildirib:

“Birinci raundu qazanmışdım. İkinci hissəni də aktivimə yazmışdım. Ancaq hakimlərin haqsızlığı oldu. Olimpiya Oyunlarında həmişə belə hal yaşanır. Yenə də haqsızlıqla qarşılaşdıq. Mən birinci və ikinci raundu təmiz aparmışdım. Sadəcə yekunda qələbəni qarşı tərəfə verdilər. Bu hakimlərin bir daha haqsızlığından irəli gəlir”.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri