Avq
2021
04:34
59
248
7786
Virtual karabakh

Gürcüstanın iki gümüş mükafatçısı Olimpiadadan qovulub - FOTO

1 Avq, 2021
04:34
7786

Gürcüstanın iki gümüş mükafatçısı Olimpiadadan qovulub - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gürcüstandan olan iki cüdoçu, COVID-19 məhdudiyyətlərini pozduğuna görə Olimpiadadan kənarlaşdırılıblar. Onların artıq Tokionu tərk etdiyi bildirilir.

Bu barədə “Kyodo” məlumat yayıb.

Agentlikdən cüdoçuların şəhərin görməli yerləri üçün Olimpiya Kəndini tərk etdikləri, bununla da koronavirus məhdudiyyətlərini pozduqları üçün Oyunlardan qovulduqları bildirilir.

İdmançıların Tokio qülləsinin qarşısında bir neçə nəfərlə şəkil çəkdirdikləri də vurğulanıb.

Qeyd edək ki, bu, Olimpiadanın başlanmasından bəri idmançıların akkreditasiyadan məhrum edilməsi ilə bağlı ilk hadisədir.

Uzaqlaşdırılan idmançıların Olimpiya gümüş mükafatçıları Vaja Marqvelaşvili və Laşa Şavdatuaşvili olduğu bildirilir.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri