Avq
2021
11:36
24
225
2085
Virtual karabakh

Güllə atıcımız Olimpiadada uğursuzluğunun səbəbini açıqladı: Pandemiya!

2 Avq, 2021
11:36
2085

Güllə atıcımız Olimpiadada uğursuzluğunun səbəbini açıqladı: Pandemiya!

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Budur, Tokioda Olimpiada mənim üçün başa çatdı. Nəticələr adidir. Əlbəttə ki, bunda pandemiya ili öz sözünü deməyə bilməzdi”.

Oxu.Az-ın xəbərinə görə, bunu güllə atıcısı Ruslan Lunyev öz “Facebook” hesabındakı paylaşımında qeyd edib.

Avropa çempionumuz bu gün 25 metr məsafəyə atıcılıqda final mərhələsinə düşə bilməməsini pandemiya ilə əlaqələndirib:

“Rəqiblərim milli komandaları ilə birlikdə məşq edərkən, mənim atıcılıq meydançam bütün qış boyu sadəcə bağlı idi. Və tirsiz atıcılıq susuz üzmək kimidir. Qısa bir istirahətdən sonra bütün səhvlərimi nəzərə alaraq, növbəti mövsümə hazırlaşmağa başlayacağam. Ümid edirəm ki, karantin Paris-2024-dəki hazırlığıma bir daha təsir etməyəcək”.

Qeyd edək ki, Ruslan Lunyev daha əvvəl Tokio Olimpiadasında 50 metr məsafəyə atıcılıqda uğursuzluğa düçar olub.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri