Avq
2021
14:44
223
17
7523
Virtual karabakh

Kişilərdən ibarət cüdo millimizi çalışdıracaq şəxs müəyyənləşdi

2 Avq, 2021
14:44
7523

Kişilərdən ibarət cüdo millimizi çalışdıracaq şəxs müəyyənləşdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xəbər verdiyimiz kimi, kişilərdən ibarət cüdo millimizin bütün məşqçilər heyəti istefaya göndərilib.

Oxu.Az-ın əldə etdiyi xəbərə görə, əsas komandanı çalışdırmaq müvəqqəti olaraq gənclərdən ibarət millimizin məşqçi heyətinə tapşırılıb.

Belə ki, komandanı sentyabrda Kazanda I MDB Oyunları və noyabrda Bakıda Zəfər Gününə həsr olunan “Böyük Dəbilqə” turnirləri gözləyir. Bu turnirlərə komanda gənclərdən ibarət millimizin baş məşqçisi, sabiq üçqat Avropa çempionu Elçin İsmayılovun rəhbərliyi altında çıxacaq.

Qeyd edək ki, yeddi cüdoçu ilə təmsil olunan kişi millimiz Tokio Olimpiadasında zəif çıxış edib və Azərbaycana heç bir medal gətirə bilməyib. Nəticədə komandanın çalışdırıcısı Ruslan Maşurenko başda olmaqla, bütün məşqçi heyəti qovulub.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri