Avq
2021
22:58
389
60
11034
Virtual karabakh

Avropa Liqası: “Neftçi” Finlandiya çempionu ilə heç-heçə etdi - YENİLƏNİB + FOTO/VİDEO

3 Avq, 2021
22:58
11034

Avropa Liqası: “Neftçi” Finlandiya çempionu ilə heç-heçə etdi - YENİLƏNİB + FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

UEFA Avropa Liqasının III təsnifat mərhələsinin Bakıda keçirilən ilk oyunu olan “Neftçi” – HİK (Finlandiya) matçı 2:2 başa çatıb.

Komandalar arasında cavab oyunu Finlandiyanın paytaxtı Helsinkidə keçiriləcək. Matç avqustun 12-də süni örtüklü “Bolt Arena”da baş tutacaq.

22:43

​“Neftçi” Emin Mahmudovun 80-ci dəqiqədə cərimə zərbəsindən vurduğu qolla hesabı bərabərləşdirdi – 2:2. 

22:23

59-cu dəqiqədə "Neftçi" hesabı açır. Sabir Buqrin baxımlı qola imza atdı – 1:0

Lakin qonaqlar əvvəlcə 61-ci dəqiqədə Roope Riskinin qolu ilə hesabı bərabərləşdirdi. Daha sonra 65-ci dəqiqədə qonaqlar ikinci qolu vurdu. Bu dəfə braziliyalı Jair fərqləndi – 1:2.

22:13

“Neftçi" və Finlandiyanın HİK (Helsinki) komandaları arasında UEFA Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyununda ikinci hissə başlayıb.

İlk yarıdan sonra hesab açılmayıb - 0:0.

21:50

“Neftçi” və Finlandiyanın HİK (Helsinki) komandaları arasında UEFA Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyununda birinci hissə başa çatıb.

21:11

"Neftçi" və Finlandiyanın HİK (Helsinki) komandaları arasında UEFA Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunu başlayıb.

09:28

Bu gün UEFA-nın ikinci dərəcəli klub turniri olan Avropa Liqasında yeni mövsümə məhz Bakıda start veriləcək.

Oxu.Az-ın xəbərinə görə, turnirin bu gün baş tutan yeganə görüşündə Azərbaycan çempionu “Neftçi” Finlandiyanın eyni statusda olan komandası HİK ilə qarşılaşacaq.

“Neftçi”nin rəqibi 30 qat Finlandiya çempionu və həmin ölkənin 14 qat Kubok sahibidir. Helsinki klubu ilə görüşdə “Neftçi”də əməliyyat olunmuş hücumçu Namiq Ələsgərov və qırmızı vərəqə almış Mərt Çelik oynaya bilməyəcək. 

Qeyd edək ki, cavab oyunu avqustun 12-də Helsinkinin süni örtüklü “Bolt Arena”sında keçiriləcək.

UEFA Avropa Liqası

III təsnifat mərhələsi

3 avqust

21:00 “Neftçi” – HİK (Finlandiya)

Hakimlər: Vilyam Kolum, Deyvid MakQiçi, Şon Karr, Yuan Anderson (hamısı Şotlandiya)

Bakı. “Bakcell Arena”

Səbuhi Musayev

FOTO: Firudin Səlimov

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri