Avq
2021
14:12
436
17
8484
Virtual karabakh

Azərbaycan əsilli güləşçi Olimpiadanın finalına çıxdı - FOTO

3 Avq, 2021
14:12
8484

Azərbaycan əsilli güləşçi Olimpiadanın finalına çıxdı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ukraynanı təmsil edən Azərbaycan əsilli yunan-Roma güləşçisi Pərviz Nəsibov Tokio Olimpiadasında finala çıxıb.

Oxu.Az-ın xəbərinə görə, Ağstafada doğulmuş Nəsibov 67 kq çəki dərəcəsində Danimarka, Rusiya və Misirdən olan rəqiblərini məğlub edib.

Bu səbəbdən Pərviz Nəsibov sabah ilk dəfə qatıldığı Olimpiadada qızıl medal uğrunda həlledici görüşdə yarışmaq imkanı əldə edib.

Həmyerlimizin yarımfinal görüşü çox dramatik alınıb. O, Misirdən olan Məhəmməd Əl Saidə 0:6 hesabı ilə uduzsa da, son 10 saniyədə 7 xal qazanaraq finala vəsiqə qazanıb. Onun finaldakı rəqibi Məhəmmədrza Gərayi (İran) olacaq.

Qeyd edək ki, bu çəki dərəcəsində Azərbaycan idmançısı güləşmir.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri