Avq
2021
13:32
261
22
4059
Virtual karabakh

Azərbaycanəsilli “Ataman” məşhur turnirdə “Kral”a qarşı - FOTO

4 Avq, 2021
13:32
4059

Azərbaycanəsilli “Ataman” məşhur turnirdə “Kral”a qarşı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qırğızıstanı təmsil edən Azərbaycan əsilli MMA idmançısı Rafael Fiziyev UFC-də növbəti döyüşünü keçirəcək.

Oxu.Az-ın xəbərinə görə, Fiziyev UFC-265 turniri çərçivəsində “Kinq” (“Kral”) ləqəbli Bobi Qrinlə qarşılaşacaq.

Bu görüş ABŞ-ın Hyuston şəhərində baş tutacaq. Turnir avqustun 7-də keçiriləcək. Gecənin səkkizinci döyüşündə Rafael oktaqona çıxacaq.

Bu onun 2019-cu ildən çıxış etdiyi UFC-də beşinci döyüşü olacaq. Daha əvvəl Rafael bu turnirdə ilk görüşünü uduzsa da, sonrakı üç döyüşdə qalib gəlib.

Qeyd edək ki, 28 yaşlı “Ataman” ləqəbli Rafael Fiziyev indiyədək cəmi bir dəfə məğlub olub. O, 9 görüşdə qalib gəlib. Onun 34 yaşlı amerikalı rəqibi isə 27 görüşdə qalib gəlib, 11-də uduzub. Daha bir görüşü isə heç-heçə başa çatıb.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri