Avq
2021
17:24
573
20
4902
Virtual karabakh

Ukrayna prezidenti Azərbaycan əsilli güləşçini təbrik etdi - FOTO

4 Avq, 2021
17:24
4902

Ukrayna prezidenti Azərbaycan əsilli güləşçini təbrik etdi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ukraynanın prezidenti Vladimir Zelenski Tokio Olimpiadasında gümüş medal qazanan Azərbaycan əsilli yunan-Roma güləşçisi Pərviz Nəsibovu təbrik edib.

Oxu.Az-ın xəbərinə görə, Ukrayna prezidenti təbrik mesajında qeyd edib:

“Ukrayna millisinin aktivində daha bir medal. Yunan-Roma güləşçisi Pərviz Nəsibov Tokio Olimpiadasında uğurlu çıxış edərək 67 kq çəki dərəcəsində gümüş medal qazandı. Səmimi təbriklər!”

Qeyd edək ki, o bu gün finalda İran güləşçisi Məhəmməd Rza Gərayiyə 1:9 hesabı ilə uduzaraq gümüş medalla kifayətlənib. 22 yaşlı Pərviz Nəsibovun Olimpiadada ilk dəfə çıxış etdiyini nəzərə alsaq, bu, yüksək göstəricidir.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri