Avq
2021
18:17
115
17
4105
Virtual karabakh

Birgünlük fasilə başa çatdı: Sabah Olimpiadada Azərbaycandan kimlər çıxış edəcək?

4 Avq, 2021
18:17
4105

Birgünlük fasilə başa çatdı: Sabah Olimpiadada Azərbaycandan kimlər çıxış edəcək?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tokio Olimpiadasında Azərbaycan üçün bir günlük fasilə sabah başa çatacaq.

Oxu.Az-ın xəbərinə görə, sabah iki idmançımız mübarizəyə qoşulacaq.

İlk olaraq mübarizəyə sərbəst güləşçimiz Turan Bayramov start verəcək. 74 kq çəki dərəcəsində yarışan idmançımızın Bakı vaxtı ilə saat 06:30-dan start götürən yarışda rəqibi Vasili Mixaylov (Ukrayna) olacaq.

Karateçimiz Firdovsi Fərzəliyev isə Bakı vaxtı ilə saat 07:20-dən etibarən mübarizə aparacaq. O, A qrupunda Eray Şamdan (Türkiyə), Darxan Assadilov (Qazaxıstan), Əli Əl-Savi (Misir) və Naoto Saqo (Yaponiya) ilə görüşəcək. İdmançımız ən azı bürünc medalı özünə təmin etmək üçün qrupda ilk iki yerdən birini tutmalıdır.

Qeyd edək ki, Azərbaycan indiyədək Tokio Olimpiadasında üç bürünc medal qazanıb. Ölkəmiz medal sıralamasında Misir və Meksika ilə birgə 76-cı sıradadır.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri