Avq
2021
22:46
28
219
6597
Virtual karabakh

Olimpiadada uduzdurulmuş azərbaycanlı idmançı: “Heç nə itirilməyib” – FOTO

4 Avq, 2021
22:46
6597

Olimpiadada uduzdurulmuş azərbaycanlı idmançı: “Heç nə itirilməyib” – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fransanı təmsil edən azərbaycanlı boksçu Murad Əliyev Tokio Olimpiadasında başına gələnlərdən yazıb.

O, “Facebook” səhifəsində ad gününün ertəsi çıxdığı döyüşdə aldığı texniki məğlubiyyətini ömrünün ən pis hədiyyəsi adlandırıb. Boksçu ən azı bürünc medala ümid etdiyi halda, hakimlərin onun medalını oğurladıqlarını bildirib.

Bununla belə, idmançı ruhdan düşmədiyini də vurğulayıb.

“Heç nə itirilməyib. Bilirsinizmi niyə? Çünki mən Fransa xalqından və azərbaycanlılardan çox sayda dəstək mesajları alıram”, – boksçu qeyd edib.

Xatırladaq ki, M.Əliyev 91 kq-dan yuxarı çəki dərəcəsindəki 1/4 final mərhələsində Tokio Yay Olimpiya Oyunlarında hakimlərin qərəzli qərarı ilə üzləşib.

Döyüş zamanı amerikalı hakim hesab edib ki, M.Əliyev döyüş vaxtı Böyük Britaniya təmsilçisi Freyzer Klarka kəllə atıb və nəticədə rəqibinin başından qan açılıb. Bu səbəbdən, Fransa təmsilçisi cəzalandırılaraq, məğlub elan edilib.

 

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri