Avq
2021
14:40
57
531
9457
Virtual karabakh

Tokio Olimpiadası: Turan Bayramov medalsız qaldı - FOTO + YENİLƏNİB

5 Avq, 2021
14:40
9457

Tokio Olimpiadası: Turan Bayramov medalsız qaldı - FOTO + YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tokio Olimpiadasında sərbəst güləşdə ilk döşəyə çıxan Azərbaycan güləşçisi Turan Bayramov medalsız qalıb.

Oxu.Az xəbər verir ki, onun 1/4 finalda uduzduğu İtaliya təmsilçisi Frank Çamiso yarımfinalda Belarusu təmsil edən Dağıstan avarı Məhəmmədhəbib Kadiməhəmmədova 7:9 hesabı ilə uduzduğu üçün bürünc medal qazanmaq şansını da itirib. 

07:58

Azərbaycanın sərbəst güləşçisi Turan Bayramov mübarizəyə başlayıb.

Oxu.Az xəbər verir ki, 74 kq çəki dərəcəsində son anda Hacımurad Hacıyevin zədələnməsindən sonra yığmaya çağrılan Turan 1/8 finalda Vasili Mixaylova (Ukrayna) 4:2 hesabı ilə qalib gəlib.

O, 1/4 finalda Olimpiya mükafatçısı, ikiqat dünya və dördqat Avropa çempionu Frank Çamiso Markeslə (İtaliya) qarşılaşıb. Turan Kuba əsilli idmançıya 1:3 hesabı ilə uduzub.

Frank Çamiso finala çıxacağı halda, Turan Bayramov bürünc medal üçün təsəlliverici yarışa qatılacaq.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri