Avq
2021
20:23
442
25
7181
Virtual karabakh

Sabah beş idmançımız Olimpiadada mübarizə aparacaq - Medal şanslarımıza nəzər

5 Avq, 2021
20:23
7181

Sabah beş idmançımız Olimpiadada mübarizə aparacaq - Medal şanslarımıza nəzər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sabah Tokio Olimpiadasında beş idmançımız mübarizəyə qoşulacaq.

Oxu.Az-ın xəbərinə görə, bu, sərbəst güləş, karate və bədii gimnastikada olacaq.

İlk olaraq bədii gimnastımız Zöhrə Ağamirova təsnifat yarışına qatılacaq. O, Bakı vaxtı ilə saat 05:20-dən etibarən məharətini göstərməyə çalışacaq. 19 yaşlı Zöhrənin finala vəsiqə qazanması artıq böyük uğur kimi qiymətləndiriləcək.

Daha sonra qızıl medal ümidimiz olan güləşçilərimiz mübarizəyə qoşulacaq. Son iki sərbəst güləşçimiz – Hacı Əliyev (65 kq) və Şərif Şərifov (97 kq) müvafiq olaraq Adama Diatta (Seneqal) və Abdulrəşid Sadullayevlə (Rusiya) mübarizə aparacaq.

Hacının püşkə əsasən finala çıxacağı gözlənilsə də, Olimpiya çempionumuz Şərifin bürünc medal qazanacağını proqnozlaşdırmaq olar. Çünki onun ilk qarşılaşdığı rəqib bu çəkidə ən güclü idmançı – son Olimpiya, dördqat dünya, ikiqat Avropa çempionu və iki dəfə Avropa Oyunlarının qalibidir. Dağıstanlı Sadullayevin də finaladək irəliləyəcəyi şübhə doğurmur. Bu səbəbdən də Şərifin bürünc medal üçün təsəlliverici yarışa qatılması mümkündür.

Sonuncu qadın güləşçimiz Mariya Stadnik də nəhayət Olimpiya çempionu olmaq üçün mübarizəyə qoşulacaq. Onu da ilk görüşdə asan rəqib gözləmir. Rəqibi üçqat Avropa çempionu Stalvira Orşuşdur (Rusiya). Üstəlik, onu yarımfinalda meydan sahibi, hər zaman finallarda sindrom yaşadığı Yaponiyadan olan rəqib, ikiqat dünya çempionu Yui Susaki gözləyir. Stadnik bu rəqiblərini keçəcəyi halda, onun Azərbaycana qızıl medal qazandıracağını proqnozlaşdırmaq olar. Bütün güləşçilərimiz mübarizəyə Bakı vaxtı ilə saat 06:30-dan etibarən güləş döşəyinə çıxacaq.

Azərbaycana növbəti medalı qazandırmağa əsas namizədlərdən biri də dünya karatesinin “Brilyant”ı sayılan Rafael Ağayevdir. O, Bakı vaxtı ilə saat 12:00-dan etibarən B qrupunda Luici Buza (İtaliya), Noa Biç (Almaniya), Suneari Yahiro (Avstraliya) və Nurqanad Ajikanovla (Qazaxıstan) mübarizə aparacaq. Onun qrupda əsas çətinliyi ikiqat dünya və beşqat Avropa çempionu Buza ilə görüşdə olacaq. Lakin qrup ikinciliyi belə azı bürünc medalı ona təmin edəcək. Yarımfinala vəsiqə qazansa, digər qrupdan onun əsas rəqibləri son vaxtlar uduzduğu Ken Nişimura (Yaponiya) və Stanislav Qoruna (Ukrayna) olacaq.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri