Avq
2021
20:43
123
12
1895
Virtual karabakh

AEL və "Qarabağ" komandalarının start heyətləri açıqlanıb

5 Avq, 2021
20:43
1895

AEL və "Qarabağ" komandalarının start heyətləri açıqlanıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Ağdamın “Qarabağ” klubu UEFA Konfrans Liqasında növbəti oyununu keçirəcək.

Ağdam təmsilçisi üçüncü təsnifat mərhələsinin ilk görüşündə Kiprdə AEL-in qonağı olacaq. Larnaka şəhərindəki “AEK Arena”da keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Qarşılaşmanı İsveçdən olan FIFA referisi Qlenn Nyuberq idarə edəcək.

Artıq komandaların start heyətləri açıqlanıb.

“Qarabağ”: Şahruddin Məhəmmədəliyev, Qara Qarayev, Maksim Medvedev (k), Patrik Andrade, Abdullah Zubir, Xayme Romero, Filip Ozobiç, Toral Bayramov, Abbas Hüseynov, Ramil Şeydayev, Kevin Medina

AEL: Vozinya, Andrey Teişeyra, Bruno Santos,Kire Ristevski, Robert Mazan, Slobodan Medoyeviç, Davor Zdravkovski, Sito Riera, Stefan Scepoviç, Manuel Torres, Euller.

“Qarabağ” klubu əvvəlki mərhələdə İsrailin “Aşdod” komandasını mübarizədən kənarlaşdırıb. AEL isə Albaniyanın “Vlajniya” klubundan üstün olub.

Qeyd edək ki, “Qarabağ” mərhələni keçsə, pley-off mərhələsində “Breydablik” (İslandiya) – “Aberdin” (Şotlandiya) cütünün qalibi ilə üz-üzə gələcək.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri