17 
Avq
2021
13:24
271
22
9879
Virtual karabakh

Olimpiadada uduzdurulmuş Azərbaycan əsilli idmançı həvəskar boksu atdı: “İyrəndim” - FOTO

17 Avq, 2021
13:24
9879

Olimpiadada uduzdurulmuş Azərbaycan əsilli idmançı həvəskar boksu atdı: “İyrəndim” - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fransanı həvəskar boksda təmsil edən Azərbaycan əsilli idmançı Murad Əliyev bundan sonra peşəkar boksda çıxış edəcək.

Bu barədə Oxu.Az-a 26 yaşlı boksçunun özü deyib:

“Tokio Olimpiadasında azı bürünc medalım əlimdən alındı. Mənə qarşı hakimlər tərəfindən haqsızlıq edildi. Daha sonra hakimlərin səhv etdiyi etiraf olunsa da, artıq iş işdən keçmişdi. Ona görə də həvəskar boksdan iyrəndim.

Mən düşünürəm ki, Olimpiada medalımı qazanmışam. Ona görə də üç il sonrakı Paris Olimpiadasını gözləməyəcəyəm. Artıq peşəkar boksa keçməyin vaxtıdır. Sentyabr-oktyabr aylarında müqavilə bağlayacağam. Yəqin ki peşəkar boksda ilk döyüşüm dekabr və ya 2021-ci ilin yanvarında olacaq”.

Xatırladaq ki, Murad Əliyev 91 kq-dan yuxarı çəki dərəcəsində Olimpiadanın 1/4 finalında yarışarkən böyük britaniyalı Freyzer Klarka uduzdurulub. Onun rəqibin qaşına başla qəsdən zərbə vurduğu bildirilərək ABŞ referisi Endryu Mustakkio tərəfindən diskvalifikasiya olunub. Nəticədə Murad etiraz əlaməti olaraq rinqin kənarında 30 dəqiqə oturaraq oranı tərk etməyəcəyini bildirib. Daha sonra Murad içəri girsə də, yenidən qayıdaraq daha 15 dəqiqə etiraz olaraq rinqin kənarında əyləşib. Sonradan supervayzer hakimlikdə səhv olduğunu etiraf edib. Fransanın Milli Olimpiya və İdman Komitəsinin sabiq və indiki rəhbərliyi daha sonra Murada dəstək olub.

Onu da bildirək ki, Murad Əliyev 2001-ci ildə Rusiyadan Fransaya köçərək siyasi sığınacaq almış azərbaycanlı ailədə doğulub. 16 il sonra – 22 yaşında Fransa vətəndaşlığını alıb. Muradın atası Üzeyir də keçmiş həvəskar boksçu olub və SSRİ millisini təmsil edib.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri