26 
Avq
2021
09:16
184
12
4615
Virtual karabakh

“Neftçi” və “Qarabağ” qrup mərhələsinin bir addımlığında - AFİŞA

26 Avq, 2021
09:16
4615

“Neftçi” və “Qarabağ” qrup mərhələsinin bir addımlığında - AFİŞA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab qarşılaşmaları baş tutacaq. 

Oxu.Az xəbər verir ki, Azərbaycanın iki təmsilçisi – “Neftçi” və “Qarabağ” qrup mərhələsinə düşmək üçün mübarizə aparacaqlar. 

“Ağ-qaralar” İsraildə Hayfa “Makkabi”si ilə və “köhlən atlar” isə Şotlandiyada “Aberdin” ilə qarşılaşacaq. 

Bakıda keçirilən ilk qarşılaşmada “Neftçi” rəqibi ilə bol qollu heç-heçəyə imza atıb – 3:3. Bakı vaxtı ilə saat 21:00-da başlanacaq cavab qarşılaşması isə “Sammi Ofer” stadionunda keçiriləcək. “Ağ-qaraların” heyətində Mamadu Mboc, Yusuf Laval və İsmayıl Zülfüqarlı cəzalı olduqları üçün meydana çıxmayacaq. Matçı Şimali Makedoniyadan olan FIFA referisi Aleksandar Stavrev idarə edəcək.

“Qarabağ” isə Bakıda keçirilən ilk oyunda “Aberdin”ə minimal hesabla qalib gəlib – 1:0. Bakı vaxtı ilə saat 22:45-də start götürəcək cavab oyunu “Pittodri” stadionunda baş tutacaq. “Köhlən atlar”ın heyətində Bədəvi Hüseynov, Rahil Məmmədov və Elvin Cəfərquliyev zədə səbəbindən oynamayacaq.

Qarşılaşmanın baş hakimi avstriyalı Harald Lexner olacaq.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri