Sen
2021
23:39
668
34
3202
Virtual karabakh

Badmintonçularımız Ermənistana da qalib gəldilər - YENİLƏNİB+FOTO

7 Sen, 2021
23:39
3202

Badmintonçularımız Ermənistana da qalib gəldilər - YENİLƏNİB+FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün yeniyetmə və gənclərdən ibarət badminton komandamız Rusiyanın Kazan şəhərində keçirilən ilk MDB oyunlarında ilk üç görüşünü keçirib.

Birinci matçda Belarusu 4:1 hesabı ilə məğlub edən yığmamız ikinci turda eyni hesabla Özbəkistana qalib gəlib.

Komandamız 3-cü turda Ermənistan yığması ilə qarşılaşıb. Rəqibi üzərində 5:0 hesablı təmiz qələbə qazanan badmintonçularımız dairəvi sistem üzrə keçirilən komanda yarışında növbəti görüşlərini sabah keçirəcək.

İlk olaraq Rusiya ilə qarşılaşacaq millimiz son turda Qazaxıstanla üz-üzə gələcək. Sabah komanda yarışında qaliblər müəyyənləşəcək.

18:43

Badmintonçularımız ilk MDB oyunlarında ikinci qələbəsini qazanıb.

Komandamız qrup mərhələsinin ikinci turunda Özbəkistan seçmə kollektivini 4:1 hesabı ilə məğlub edib.

Badmintonçmularımız növbəti görüşünü bu gün Bakı vaxtı ilə saat 19:30-da Ermənistan yığmasına qarşı keçirəcək.

Badmintonda komanda yarışına sabah yekun vurulacaq. Komandamız 4 və 5-ci turda müvafiq olaraq Rusiya və Qazaxıstan yığmaları ilə qarşılaşacaq.

Xatırladaq ki, komandamız ilk turda Belarusu təmsil edən seçmə kollektivə 4:1 hesabı ilə qalib gəlib.

15:00

Rusiyanın Kazan şəhərində keçirilən MDB Oyunlarında badminton üzrə milli komandamız qrup mərhələsində Belarusla qarşılaşıb.

Oxu.Az xəbər verir ki, beş kateqoriya üzrə keçirilən komanda yarışında badmintonçularımız 4:1 hesabı ilə qalib gəlib.

Komandamız qrup mərhələsində növbəti görüşünü bu gün Bakı vaxtı ilə saat 15:30-da Özbəkistan komandasına qarşı keçirəcək. III turda isə komandamız Ermənistanla qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.

Qeyd edək ki, qrup mərhələsində IV və V turun görüşləri sabah keçiriləcək. Badmintonçularımız Qazaxıstan və Rusiyanı təmsil edən komandalarla qarşılaşacaq.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri