Sen
2021
17:48
261
28
3185
Virtual karabakh

Azərbaycanlı MMA idmançısı: “Mənə hər an UFC-dən təklif gələ bilər” - FOTO/VİDEO

9 Sen, 2021
17:48
3185

Azərbaycanlı MMA idmançısı: “Mənə hər an UFC-dən təklif gələ bilər” - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Keçirdiyim döyüş UFC Fight Pass döyüşü idi. Yəni, bu döyüşə baxıb, analiz edib, UFC-yə qəbul edirlər”.

Bunu Oxu.Az-a ABŞ-da yaşayan azərbaycanlı MMA idmançısı Hüseyn Əliyev bildirib.

31 yaşlı idmançı sentyabrın 5-də ABŞ-ın Hyuston şəhərində keçirilmiş “Fury FC 50” turnirində yerli idmançı Kameron Qreyvislə qarşılaşıb. “Azəri döyüşçü” (“Azeri Warrior”) ləqəbi ilə tanınan Hüseyn rəqibini hakimlərin qərarına əsasən məğlub edib. Bu qələbə onun UFC-də Azərbaycan bayrağı altında çıxış edən ilk həmyerlimiz olmasına səbəb ola bilər.

İdmançının özünü dinləyək: “Mənə hər an UFC-dən döyüş təklifi gələ bilər. Rəqibim “Fury Fighting Championships”in keçmiş çempionu idi. Mən də bu təşkilatla üç döyüşlük müqavilə bağlamışam. Amma təklif gəlsə, həmin müqaviləyə baxmayaraq, UFC-yə gedə bilərəm.

Mən iki il əvvəl ABŞ-a köçmüşəm. Paytaxt Vaşinqtonda yaşayıram. İnşallah, növbəti döyüşüm gələn ay olmalıdır”.

Onu da bildirək ki, Hüseyn Əliyev indiyədək 18 peşəkar MMA döyüşü keçirib. O, 12 qələbə qazanıb, 5 məğlubiyyət alıb və 1 görüşü heç-heçə başa çatıb.

Qeyd edək ki, hazırda UFC-də Azərbaycan əsilli Rafael Fiziyev çıxış edir. Lakin o, Qırğızıstan adından mübarizə aparır.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri