Sen
2021
19:20
24
164
2076
Virtual karabakh

MDB Oyunları: Futzal millimiz qırğızlardan səkkiz top buraxdı

9 Sen, 2021
19:20
2076

MDB Oyunları: Futzal millimiz qırğızlardan səkkiz top buraxdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın 19 yaşadək futzalçılardan ibarət millisi Rusiyanın Kazan şəhərində təşkil olunan I MDB Oyunlarında növbəti matçını keçirib.

Oxu.Az xəbər verir ki, B qrupunda yer alan kollektiv ikinci sınağında Qırğızıstan seçməsi ilə qarşılaşıb. Görüş rəqibin 8:3 hesablı qələbəsi ilə başa çatıb.

Yığmanın heyətində Məhəmməd Abbasov 32-ci dəqiqədə birbaşa qırmızı vərəqə alaraq, meydandan qovulub.

Bu məğlubiyyətdən sonra qrupu sonuncu pillədə başa vuran Azərbaycan millisi sabah beşinci yer uğrunda görüşə çıxacaq.

Qeyd edək ki, yığma qrupdakı ilk görüşündə Belarusa 0:6 hesabı ilə uduzmuşdu.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri