10 
Sen
2021
12:36
142
11
2744
Virtual karabakh

Almaniyada yaşayan azərbaycanlı: “WBC-nin prezidenti Murad Əliyevlə bizi Meksikadakı evinə dəvət edib”

10 Sen, 2021
12:36
2744

Almaniyada yaşayan azərbaycanlı: “WBC-nin prezidenti Murad Əliyevlə bizi Meksikadakı evinə dəvət edib”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Türk promouter Ahmet Önər iki ildir ki, mənim şərikimdir. İkimiz də Almaniyadanıq. Biz də Fransada yaşayan bir Azərbaycan türkü kimi Murad Əliyevlə müqavilə bağladıq. Başqa promouterlərlə əlaqəsi olsa da, Murad bizi seçdi. Onun ilk peşəkar döyüşü yəqin ki, noyabrın 27-də olacaq”.

Bunu Oxu.Az-a Bakıda doğulub, 22 ildir Almaniyada yaşayan azərbaycanlı boks promouteri Anar Axundzadə deyib.

Almaniyanın Yefa şəhərində yaşayan Axundzadənin sözlərinə görə, Murad Əliyev peşəkar boksda dünyanın dörd aparıcı təşkilatından biri olan Ümumdünya Boks Şurasının (World Boxing Council – WBC) kəməri üçün mübarizə aparacaq:

“Məqsədimiz odur ki, Muradı Entoni Coşua, Tayson Fyuri, Deontey Vaylder kimi dünya səviyyəsində çempion edək. Muradda da bu potensial var. O, çox güclü həvəskar boks karyerasına malikdir. Dünyanın güclü promouterləri onun arxasınca düşmüşdülər. Murad da sağ olsun ki, bizə inanıb, bizi seçdi. Gələcək üçün planlarımız çoxdur. Məqsədimiz Muradın WBC reytinqində əvvəlcə TOP-30-da, TOP-20-də, qarşıdakı 1-2 il ərzində TOP-5-də yer almasını təmin etməkdir. O bundan sonra WBC kəmərini qazanmaq üçün döyüşəcək”.

Yeddi ildir ki, Almaniyada “Odlar Yurdu” boks klubuna sahib olan Anar Axundzadə onu da bildirib ki, WBC-nin prezidenti onları təşkilatın mənzil-qərargahının yerləşdiyi Meksikaya dəvət edib:

“WBC-nin prezidenti Maurisio Suleymanı şəxsən tanıyıram. Onun evində iki dəfə olmuşam. Hər adam onun evində olmayıb. Məhəmməd Əli, Mayk Tayson, Evander Holifild, Floyd Meyvezer kimi məşhurlar onun evində olub. Maurisio Suleyman bu ilin sonunda Muradı da şəxsən tanımaq üçün Mexiko şəhərindəki evinə dəvət edib”.

Qeyd edək ki, Rusiyadan Fransaya köçmüş azərbaycanlı ailəsinin övladı olan Murad Əliyev Tokio Yay Olimpiya Oyunlarında ona qarşı edilən hakim ədalətsizliyindən sonra həvəskar boks karyerasını bitirib. Belə ki, ABŞ referisi Endryu Mustakkio Böyük Britaniya boksçusu Freyzer Klarkla döyüşü zamanı onu haqsız yerə diskvalifikasiya edib. 

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri