11 
Sen
2021
13:44
16
177
1908
Virtual karabakh

Azərbaycanlı futbolçular gündə neçə dəfə məşq keçir? - SORĞU

11 Sen, 2021
13:44
1908

Azərbaycanlı futbolçular gündə neçə dəfə məşq keçir? - SORĞU

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan futbolu heç də yaxşı günlərini yaşamır. Bunu müxtəlif səbəblərlə əlaqələndirmək olar. Ancaq istənilən halda, zəif çıxışın başında klublarda görülən işlər böyük rol oynayır. Çünki futbolçular milli komandadan fərqli olaraq, daha çox günlərini klublarında keçirir, orada “bişir”, hazır futbolçu olmağa çalışır.

Azərbaycan futbolçuları gündə neçə dəfə məşq keçir?

Oxu.Az bu sorğu ilə Premyer Liqada çıxış edən klublara müraciət edib. Klubların cavablarını təqdim edirik:

“Sumqayıt”: “Baş məşqçimiz Ayxan Abbasovun aylıq və həftəlik məşq cədvəli var. Ona uyğun məşqlər edir. Məsələn, komanda bu gün matç keçirirsə, ertəsi günü bizdə bərpa məşqi olur, ondan növbəti gün isə futbolçulara istirahət verilir. Gündə bir dəfə məşq olur. Təlim-məşq toplanışları müddətində isə baş məşqçinin tapşırığına uyğun olaraq gündə bir və ya iki dəfə məşq ola bilər”.

“Qarabağ”: “Komandanın gündə neçə dəfə məşq keçməsi hazırlıq prosesindən asılıdır. Elə gün olur ki, gündə bir, elə də olur ki, gündə iki dəfə məşq olur”.

“Qəbələ”: “Komanda əsasən gündəlik bir dəfə məşq edir. Ancaq əgər uzun fasilədən dönülübsə, iki dəfə də məşq ola bilər”.

“Neftçi”: “Məşq etmə prosesi dövri olaraq dəyişir. Mövsümün başlanğıcında və mövsümlərarası fasilədə gündə iki dəfə məşq olur. Əgər iki həftədə bir dəfə oyun olursa, bu zaman əksər vaxt gündə bir məşq keçirilir. Oyunun ertəsi günü bərpa məşqləri səhər saatlarında olur. Məşqlər qış vaxtlarında günortaya, yayda isə axşam saatlarına salınır”.  

“Səbail”: “Komandanın məşqləri gündəlik bir və ya iki dəfə olmaqla aparılır. Məşqlər güc, texniki və taktiki şəkildə intensiv olaraq təkrarlanır”.

“Keşlə”: “Komanda toplanış zamanı gündə iki dəfə, çempionat zamanı gündə bir dəfə məşq edir. Zərurət yarandığı halda məşqlərin sayı artırıla bilər. Ancaq ümumilikdə məşqlər tələblərə və normalara uyğun aparılır”.

“Sabah”: “Məşq qrafikini komandanın məşqçilər korpusu müəyyənləşdirir. Hazırlığın müəyyən dövründə məşqçilər korpusunun tərtib etdiyi məşq qrafikindən asılı olaraq, gündəlik bir və ya iki məşq təyin olunur. Hazırda komanda gündə bir dəfə məşq edir. Lakin dediyimiz kimi, məşqçilər heyətinin hazırladığı məşq planına uyğun olaraq, məşqlərin sayında və təyinatında müəyyən dəyişikliklər ola bilər”.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri