13 
Sen
2021
10:10
160
71
1849
Virtual karabakh

Yeni nazir: “İxtisaslaşmış komanda ilə idmanda növbəti nailiyyətləri əldə edə bilərik” - FOTO

13 Sen, 2021
10:10
1849

Yeni nazir: “İxtisaslaşmış komanda ilə idmanda növbəti nailiyyətləri əldə edə bilərik” - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Prezident İlham Əliyevin Gənclər və İdman Nazirliyinə rəhbər təyin olunmağım haqda sərəncamı ilə mənə göstərdiyi etimad, mənim üçün böyük şərəfdir”.

Oxu.Az xəbər verir ki, bunu yeni gənclər və idman naziri Fərid Qayıbov sosial şəbəkədə paylaşdığı postda bildirib.

“Əminəm ki, Azərbaycanda qurulmuş güclü idarəçilik sistemi və ixtisaslaşmış komanda ilə idmanda növbəti nailiyyətləri əldə edə bilərik.

Mən bütün həmkarlarım, dostlarım və bütün dünya üzrə idman ictimaiyyəti nümayəndələrinə təbrik və xoş arzularına görə öz təşəkkürümü bildirirəm”, – deyə Fərid Qayıbov qeyd edib.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri