13 
Sen
2021
23:40
373
24
1375
Virtual karabakh

Londonda “Xarı bülbül” kikboksinq tuniri keçirildi

İngiltərənin paytaxtı Londonda yaşayan azərbaycanlı keçmiş kikboksçu Hafiz Baxşəliyev “Xarı bülbül” adlı turnir keçirib.

Oxu.Az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib.

Veteran idmançının sözlərinə görə, pandemiya səbəbindən yarışda Azərbaycan təmsilçiləri iştirak edə bilməyib.

İngiltərə, İtaliya, Çin, Portuqaliya, Braziliya, Fələstin və başqa ölkələrin təmsil olunduğu turnirdə 28 idmançı qüvvəsini sınayıb. Son iki görüşdə Britaniya çempionu titulu uğrunda döyüşlər olub.

Turnir zamanı zaldakı monitorlarda II Qarabağ müharibəsinin simvolu olan Xarı bülbül sərgilənib.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri