14 
Sen
2021
10:38
129
38
4952
Virtual karabakh

“İmarət”dən Samir Abbasova cavab: “O, həddini aşıb” - VİDEO

14 Sen, 2021
10:38
4952

“İmarət”dən Samir Abbasova cavab: “O, həddini aşıb” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Neftçi” ilə matçda azarkeşlərimizin “Samir, istefa” şüarı səsləndirməsi sırf rəqib azarkeşə mesaj idi. Uduzan məşqçini istefaya səsləmək onların adəti olduğundan, bu şüar bir atmacaydı. Yoxsa “Neftçi”nin baş məşqçisinin kimin olması bizim üçün fərq etməz. Kim olur olsun, yenə bizim üçün rəqib olacaq”.

Oxu.Az xəbər verir ki, bunu “Qarabağ” klubunun “İmarət” Azarkeş Qrupu bildirib.

“İmarət” bundan sonra “Neftçi” ilə oyunlarda rəqib baş məşqçi Samir Abbasova qarşı sərt şüarlar səsləndirəcəklərini vurğulayıb:

“Bu hadisə bu günə qədər baş verməmişdi, ancaq bu gündən sonra baş verəcək. Çünki Samir həddini aşıb, hələ utanmaz-utanmaz bunu mətbuat konfransında da dilə gətirib. Avropa ölkələrinin çempionatlarında belə, baş məşqçilər azarkeşə bu cür cavab vermir”.

Qeyd edək ki, “Qarabağ” azarkeşlərinin Samir Abbasovu istefaya səsləməsi ilə bağlı sualı çalışdırıcı mətbuat konfransında belə səsləndirib:

“Onlara meydanda verdiyim cavab ağır idi. Onu burada mətbuata deyə bilmərəm. Onların belə etməsi mənim üçün yaxşıdır. Samir 7 il sonra gəldi, onların əlindən çempionluğu aldı. Əlbəttə, onlar üçün Samirin getməyi yaxşıdır”.

O, bundan əvvəl televiziyaya açıqlamasında “bu azarkeşləri susdura bilmədik, ancaq qarşıda hələ “Qarabağ”la oyunlarımız var” kimi fikir səsləndirib.

Qeyd edək ki, həmin matçda “Qarabağ” səfərdə “Neftçi”yə 2:1 qalib gəlməklə turnir cədvəlinin liderinə çevrilib. 

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri