14 
Sen
2021
10:26
129
4
2488
Virtual karabakh

Çempionlar Liqası başlayır: İlk gündə “Barselona” Almaniya çempionuna qarşı

14 Sen, 2021
10:26
2488

Çempionlar Liqası başlayır: İlk gündə “Barselona” Almaniya çempionuna qarşı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün UEFA Çempionlar Liqasında 2021/22 mövsümünün qrup mərhələsinə start veriləcək.

Oxu.Az xəbər verir ki, ilk oyun günündə E, F, G və H qruplarında matçlar keçiriləcək.

Çempionlar Liqasında qrup mərhələsinə İsveçrənin paytaxtı Bern və İspaniyanın Sevilya şəhərində start veriləcək. Hər iki oyun Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.

Gecənin ən maraqlı qarşılaşması isə E qrupunda olacaq. “Barselona” Almaniya çempionu “Bayern”i qəbul edəcək. Bu matça Barselona klubu kifayət qədər itkilərlə çıxacaq.

Belə ki, Serxio Aquero, Martin Breytveyt, Usman Dembele, Ansu Fati, Serji Roberto və Mussa Vaqe zədə üzündən oynaya bilməyəcək. Həmçinin zədələri olan Xordi Alba və Serjinyo Destin oynaması sual altındadır. “Bayern”də isə fransalı Korenten Tolisso heyətdə olmayacaq. Hücumçu Serj Qnabrinin isə meydana çıxacağı dəqiq bilinmir.

Xatırladaq ki, bu iki komanda 2019/20-ci il mövsümünün 1/4 final mərhələsində qarşılaşıb. Kataloniyada keçirilən görüşdə Münhen klubu meydan sahiblərini öz azarkeşləri önündə rüsvayçı hesabla məğlub edib – 8:2.

UEFA Çempionlar Liqası

Qrup mərhələsi, I tur

14 sentyabr

E qrupu

23:00 “Barselona” (İspaniya) – “Bayern” (Almaniya)

23:00 “Dinamo” (Ukrayna) – “Benfika” (Portuqaliya)

F qrupu

20:45 “Yanq Boyz” (İsveçrə) – “Mançester Yunayted” (İngiltərə)

23:00 “Vilyareal” (İspaniya) – “Atalanta” (İtaliya)

G qrupu

20:45 “Sevilya” (İspaniya) – “Zaltsburq” (Avstriya)

23:00 “Lill” (Fransa) – “Volfsburq” (Almaniya)

H qrupu

23:00 “Çelsi” (İngiltərə) – “Zenit” (Rusiya)

23:00 “Malmö” (İsveç) – “Yuventus” (İtaliya)

Qeyd edək ki, ilk turun digər 8 oyunu sabah keçiriləcək.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri