14 
Sen
2021
16:24
127
28
1139
Virtual karabakh

Azərbaycanlı Avropa Taekvondo Birliyinin İdarə Heyətinə üzv seçildi

14 Sen, 2021
16:24
1139

Azərbaycanlı Avropa Taekvondo Birliyinin İdarə Heyətinə üzv seçildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Nağı Səfərova növbəti dəfə etimad göstərilib.

Oxu.Az xəbər verir ki, o, yenidən Avropa Taekvondo Birliyinin (ATB) İdarə Heyətinə üzv seçilib.

Türkiyənin İstanbul şəhərində baş tutan ATB-nin növbəti Baş Assambleyasında birliyin prezidenti, vitse-prezidentləri və İdarə Heyəti yenidən formalaşıb.

Qeyd edək ki, İdarə Heyətinin üzvü 14 nəfərdən ibarət olur. Assambleyanın yekununa əsasən, növbəti dörd il yunanıstanlı Sakis Praqalos ATB-nin prezidenti vəzifəsində fəaliyyətini davam etdirəcək. Antonino Barbarino isə baş katib vəzifəsinə təyin olunub.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri