14 
Sen
2021
19:05
174
27
2279
Virtual karabakh

Türkiyə millisinə almaniyalı məşqçi rəhbərlik edə bilər

Almaniyalı futbol mütəxəssisi Ştefan Kuntz Türkiyə millisinin baş məşqçisi ola bilər.

Almaniyanın U-21 komandasını çalışdıran və bir müddət “Beşiktaş”ın forması geyinmiş təcrübəli almaniyalı məşqçi İstanbula səfər edib.

58 yaşlı Ş.Kuntzla bağlı son qərar bu gün Türkiyə Futbol Federasiyası tərəfindən veriləcək.

Türkiyənin ali futbol qurumunun Direktorlar Şurası vahid fikrə gələcəksə Ş.Kuntzla rəsmi müqavilə imzalanacaq.

Bundan əlavə qeyd olunur ki, əgər Kuntz Türkiyə millisinin sükanı arxasına keçəcəksə təcrübəli məşqçinin köməkçilərindən biri türkiyəli olacaq.

Mənbə: “Demirören Haber Ajansı” (DHA)

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri