15 
Sen
2021
10:40
86
17
2287
Virtual karabakh

Honda Azərbaycandan sonra Baltikyanı ölkəni seçdi - FOTO

15 Sen, 2021
10:40
2287

Honda Azərbaycandan sonra Baltikyanı ölkəni seçdi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yaponiya millisinin və “Neftçi”nin sabiq futbolçusu Keysuke Honda karyerasında 9-cu ölkədə çıxış edəcək.

Oxu.Az xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçi bu dəfə Litvanın “Suduva” klubuna keçib.

O, Baltik ölkə təmsilçisi ilə qış fasiləsinədək – dekabrın 31-dək müqavilə bağlayıb.

Qeyd edək ki, Keysuke Honda daha əvvəl ölkəsindən başqa, Niderland, Rusiya, İtaliya, Meksika, Avstraliya, Braziliya və Azərbaycanda oynayıb. Yaponiyalı futbolçu “Neftçi” ilə bu ilin martın 15-də müqavilə bağlayıb və çempionluqda müəyyən pay sahibi olub. O, mövsümün sonunda müqaviləsinin başa çatması ilə flaqmandan ayrılıb.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri