15 
Sen
2021
14:36
179
8
1794
Virtual karabakh

Məktəblilərimiz Serbiyada 12 medal qazandı - FOTO

15 Sen, 2021
14:36
1794

Məktəblilərimiz Serbiyada 12 medal qazandı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Serbiyanın paytaxtı Belqradda 13-15 yaşlı məktəblilər arasında keçirilən Ümumdünya Məktəb İdmanı Oyunlarında Azərbaycan müxtəlif idman növlərində təmsil olunur.

Oxu.Az-a verilən məlumata görə, bu yarışda karate komandamız 6 medal qazanıb.

14-15 yaşlı yeniyetmələrimizdən Rəşid Süleymanov (-63 kq) qızıl, Ramilə Heydərli (kata, 13 yaş), Orxan Musayev (+70 kq), Pərvin Hüseynzadə (-47 kq) gümüş, Cavidan Cəlilzadə (-57 kq) və Sunay Kazımova (-54 kq) isə bürünc medal qazanıb.

Bundan başqa, Məryəm Qurbanova (+54 kq) yüksək döyüş texnikası və əzmkarlıq nümayiş etdirdiyinə görə Beynəlxalq Məktəb İdmanı Federasiyası tərəfindən xüsusi medalla təltif edilib.

3 taekvondoçumuz bu yarışda fəxri kürsüyə qalxıb. Qızlar arasında Zemfira Həsənzadə (-41 kq) rəqiblərinə qalib gələrək yarışın qalibi olub. Oğlanlardan Vüqar Aslanov (-37 kq) gümüş medal və Harun Salmanzadə (-41 kq) bürünc medala layiq görülüb.

Serbiya paytaxtında cüdoçularımız da 3 medal qazanıb. Həsən Qurbanlı (-34 kq), Əhməd Rüstəmov (-46 kq), Hüseyn Eyvazlı (-66 kq) bürünc medala layiq görülüb.

Qeyd edək ki, yarış sentyabrın 19-da başa çatacaq. Yarışda 14 idman növü – atletika, badminton, basketbol, basketbolun 3x3 növü, şahmat, futbol, cüdo, karate, səmti müəyyənləşdirmə, üzgüçülük, stolüstü tennis, taekvondo, voleybol və güləş üzrə mübarizə gedir.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri