15 
Sen
2021
17:16
12
89
2286
Virtual karabakh

Sergey Bondarın yığmadan qovulması ilə bağlı Üzgüçülük Federasiyasından AÇIQLAMA

15 Sen, 2021
17:16
2286

Sergey Bondarın yığmadan qovulması ilə bağlı Üzgüçülük Federasiyasından AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Sergey Bondar nəticələrin rəhbərliyi qane etmədiyinə görə federasiyadan kənarlaşdırılıb”.

Bunu Oxu.Az-a Azərbaycan Üzgüçülük Federasiyasının baş katibi Fərid Bənənyarlı bildirib.

O, millimizdə aparıcı mütəxəssis və məsləhətçi kimi çalışan ukraynalı mütəxəssisin yığmadan ayrıldığını təsdiqləyib:

“Olimpiadadan sonra nəticələr müzakirə olundu. Qərara alındı ki, nəticələr qaneedici deyil. Bu səbəbdən də onun müqaviləsi yenilənmədi və əməkdaşlığımızı dayandırdıq. İndi bu posta yeni əcnəbi məsləhətçi axtarırıq”.

Xatırladaq ki, üzgüçülük yığmamızın baş məşqçisi Rəşad Əbdürəhmanovdur.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri